Elmi-tədqiqat


Neftli - qazlı hövzələrin litogenezisi şöbəsi


Şöbənin rəhbəri AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Əliyeva Elmira Hacı-Murad qızı

Tel.: +(99412) 4974468
Faks: +(99412) 5372285
E-mail:[email protected]

Şöbə 2012-ci ildə, mövcud olan Ekoloji geologiya şöbəsi əsasında yaradılmışdır.

Şöbənin əsas elmi fəaliyyətinin əsasında Ekoloji geologiya şöbəsinin prioritetləri dayanıb. Həmçinin təbiətdə maddələr mübadiləsi və təbii faktorların sedimentogenezə təsirinə diqqət artırılıb.


Fəaliyyətin əsas istiqamətləri:
  • müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri;
  • sekvens-, xemostratiqrafiya;
  • məhsuldar qatların stratiqrafik quruluşu;
  • iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması;
  • mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası;
  • ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar.


Şöbənin prioritet istiqamətləri kimi aşağıdakı elmi-tədqiqat layihələri və dissertasiya mövzuları yerinə yetirilir:
  • maykop-pliosendə paleocoğrafi şəraitin yenidən qurulması və cənub tranzit zonası karbohidrogenlərinin rezervuarlarının keyfiyyəti (Qaradağ sahəsinin Bəndovan sahəsinə qədər);
  • Cənubi Xəzər hövzəsinin paleocoğrafiyası, kollektor xüsusiyyətləri və dərin pliosen çöküntülərinin 3-ölçülü modelləşdirilməsi;
  • neftli-qazlı Abşeron rayonunun müxtəlif fasial zonalarının pliosen çöküntülərinin 3D modelləşdirilməsi;
  • Böyük Qafqazın üstəgəlmə zonasının cənub-şərq hissəsinin toplanma şəraitləri və litologiyası;
  • verilən diatom analizlərinə görə oliqosen-miosen sərhədində baş verən hadisələr;
  • diatomların öyrənilməsi nəticəsində pleystosen-qolosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası.


Son illərin tədqiqatlarına əsaslanaraq aşağıdakı yeni nəticələr alınmışdır:
  • Qirməki vadisinin çöküntülərin sedimentasiyasını özündə əks etdirən məhsuldar qatının dəqiq kəsilişi verilib.
  • Pliosendə Cənubi Xəzər hövzəsinin paleocoğrafi bölgüsü verilib və məhsuldar qatın formalaşması dəqiq öyrənilmişdir.
  • Qapalı hövzələrin səviyyə dəyişkənliyi nəzərə alınaraq onların formalaşma mexanizmi tədqiq edilib.
  • Cənubi Xəzərin mərkəzi dərin hissəsində güclü karbohidrogen kollektorunun mövcudolma ehtimalının təməli qoyulmuşdur.
  • Palçıq vulkanlarının tədqiqatına əsaslanaraq eosen-pliosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleocoğrafiyası öyrənilib.
  • Faunistik və geokimyəvi göstəricilərə görə pliopleystosendə paleoXəzər hövzəsinin bionomik vəziyyəti verilmişdir.
  • Kür çayı deltasının stratiqrafik quruluşunun formalaşması və delta çöküntülərinə üzvi maddələrin toplanmasına Xəzər dənizinin səviyyə dəyişkənliyinin sonuncu tsiklinin təsiri göstərilib.

Şöbənin əməkdaşları beynəlxalq elmi fondlar tərəfindən maliyyələşdirilən INTAS, CRDF, STSU, SNF, UNESCO kimi layihələrin həyata keçirilməsində, BP, Shell, ConocoPhillips, OMV, RWE, Lukoil, Rodneft kimi neft şirkətlərinin sifarişi ilə görülən işlərdə fəal iştirak edir. Son illər ərzində həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə elmi tədqiqatlar aparılır və bundan sonra da bu səpkili işlər davam etdirələcəkdir.

Uzun illər ərzində şöbənin elmi tədqiqatları müxtəlif ölkələrin alimlərinin əməkdaşlığı ilə keçirilib. Bu universitetlərə əsasən Delft şəhərində Texniki Universitet və Utrext (Niderland) şəhərinin Universiteti, Gent şəhərinin Universiteti (Belgiya), Kembric (Böyük Britaniya) şəhərinin Universiteti, Merilend və Vayominq (ABŞ) ştatlarının universitetləri, K.Bernard adına Universitet (Lyon, Fransa), Cenevrə şəhərinin Universiteti (İsveçrə), Buxarest şəhərinin Universiteti (Rumıniya), Moskva Dövlət Universiteti (Rusiya) daxildir.