Xəbərlər


AZƏRBAYCANIN İKİ DƏYƏRLİ COĞRAFİYAÇI ALİMİ DÜNYASINI DƏYİŞDİ

 
12 noyabr 2020-ci il

Azərbaycanın coğrafiya elmi iki tədqiqatçı alimini, eləcə də Coğrafiya İnstitutu özünün iki dəyərli əməkdaşını – İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovu və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nizami Əyyubovu itirdi.

Alimlərimizin ailələrinə, əzizlərinə ürək ağrısı ilə başsağlığı verir, səbr diləyirik. Allah onlara rəhmət eləsin, qəbrləri nurla dolsun, məkanları cənnət olsun!

Əziz həmkarlarımız həmişə qəlbimizdə yaşayacaq, xoş sözlərlə anılacaqlar.






Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və kollektivi