Xəbərlər


GGİ-nin DAHA BİR GƏNC ƏMƏKDAŞI CƏBHƏYƏ YOLLANIB

 
13 oktyabr 2020-ci il

Geologiya və Geofizika İnstitutu Eksperimental petrofizika şöbəsinin kiçik elmi işçisi Turan İmaməli könüllülər sırasında cəbhəyə yola düşmüşdür.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına ilkin səs verənlərdən olan Turan İmaməliyə ötən şənbə günü növbə çatmışdır.

Bu gün cəbhədən iş yoldaşları ilə telefon əlaqəsi saxlamış könüllü əsgər orduda yüksək ruh yüksəkliyini, komandirlərinin peşəkarlığını və qayğıkeşliyini vurğulamış, döyüşçülərin qələbə əzmini ifadə etmişdir.

Turan İmaməli 1991-ci ildə Bakıda anadan olmuş, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.

Bildirək ki, bir həftə əvvəl İnstitutun Geoloji mühitin radiometriyası şöbəsinin əməkdaşı Xəyal Kərimli fəxrlə cəbhəyə yola salınmışdır.