Xəbərlər


İSRAİL PROFESSORLARININ AZƏRBAYCAN AKADEMİKLƏRİNƏ MÜRACİƏTİ

 
12 oktyabr 2020-ci il

Hörmətli Akif Əlizadə, İbrahim QuliyevFəxrəddin Qədirov !

Biz Azərbaycan xalqının torpaqlarını azad etmək üçün apardığı mübarizəni qeyd-şərtsiz dəstəkləyirik. Qarabağı əhatə edən yeddi Azərbaycan rayonu və Qarabağ özü azad edilməlidir – bu ərazi Azərbaycanın əzəli torpaqlarıdır. Ermənistan əslində (bu tarixi faktlardan da yaxşı məlumdur) XIX əsrin ilk 1/3-də İrəvan Xanlığı (Azərbaycan torpağı) ərazisində yaradılmışdır. Amma bu, Ermənistan dövləti üçün kifayət etməmiş və onlar daha çoxunu iddia etməyə başlamışlar.

1994-cü ildən bəri Azərbaycan ərazisinin 20%-dən çoxu işğal olunmuş, milyonlarla azərbaycanlı evlərini, əmlaklarını və məskənlərini itirmişdir. BMT-nin işğal olunmuş torpaqların Azərbaycana qaytarılması ilə bağlı çoxsaylı qətnamələri həyata keçirilmir. Bundan əlavə, erməni tərəfi cəzasız qaldığını hiss edərək dinc Azərbaycan vətəndaşlarına qarşı daha çox təxribat törədir.

Azərbaycanlı həmkarlarımızla həmişə çox gözəl elmi və dostluq münasibətlərimiz olub. Biz bilirik ki, Azərbaycan antisemitizmin heç bir təzahürü olmayan nadir ölkələrdən biridir. Bir çox tanınmış yəhudi alimləri, mədəniyyət xadimləri, məşhur həkimləri, arxitektorları, hüquqşünasları, idmançıları və s. əslən Azərbaycandandırlar.

Təəssüf ki, Ermənistan təbliğatı öz işini görür və çox insanlar Azərbaycanın öz qədim torpaqları uğrunda mübarizə apardığını başa düşmür. Biz bəzi insanlara təcavüzkar tərəfin Azərbaycan olmadığını izah etməyə çalışırıq. Buna baxmayaraq, biz inanırıq ki, bu işə mütəxəssislərin cəlb olunması gərəklidir. Azərbaycanın ədalətli siyasətinin qərəzsiz izahı üçün Azərbaycanın İsraildə səfirliyinin açılması az əhəmiyyətli olmazdı.

Qarabağdakı döyüşlərinizi səmimi qəlbdən dəstəkləyir və Azərbaycan ordusuna davamlı uğurlar diləyirik!

Hörmətlə,

Zvi Ben Avraham

Tel Aviv və Haifa Universitetlərinin geofizika üzrə professoru
İsrail mükafatı laureatı
İsrail Elmlər və Humanitar Elmlər Akademiyasının həqiqi üzvü
Rusiya Elmlər Akademiyasının xarici üzvü
Europaea Akademiyasının xarici üzvü
Heidelberg Elmlər Akademiyasının xarici üzvü
Niderland İncəsənət və Elmlər Akademiyasının xarici üzvü


Lev Eppelbaum

Tel Aviv Universitetinin geofizika üzrə tədqiqat professoru
Avropa Geoelmlər Birliyinin Kristian Huygens medalı
Rusiya Təbiət Elmlər Akademiyasının Vladimir Vernadski medalı
Rusiya Təbiət Elmlər Akademiyasının xarici üzvü
Rusiya Təbiət Elmlər Akademiyasının Vladimir Vernadski medalı
Rusiya Təbiət Elmlər Akademiyasının xarici üzvü