Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN MAGİSTRANTLARI ATTESTASİYADAN KEÇİBLƏR

 
05 oktyabr 2020-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan II kurs magistrantların attestasiyası keçirilib.

Attestasiya GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə keçirilib. İclasda magistrantların yay imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirak və növbəti semester üçün planlaşdirilmiş məsələlər müzakirə edilib.

İnstitut Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Qeyd edək ki, hazırda Geologiya və Geofizika İnstitutunda “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə Azərbaycan bölməsində ümumilikdə 10 magistrant təhsil alır.