Xəbərlər


“ANAS TRANSACTIONS EARTH SCIENCES” JURNALININ YENİ NÖMRƏSİ ÇAPDAN ÇIXIB

 
07 avqust 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutu “ANAS TRANSACTIONS EARTH SCIENCES” jurnalının yeni nömrəsi çapdan çıxıb.

Baş redaktoru akademik Akif Əlizadə olan və elmi ictimaiyyətə Azərbaycan, ingilis və rus dillərində təqdim olunan jurnalın bu sayında geologiya və geofizika, neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası, bərpa olunan enerji silsiləsindən elmi məqalələr yer alıb.

Qısa müddət ərzində bu elmi məcmuəyə dünyanın 15 ölkəsindən 54 istinad qeydə alınıb.

Jurnalla daha ətraflı www.journalesgia.com ünvanında tanış olmaq mümkündür