Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

 
29 iyun 2020-ci il

AMEA-nın Azad Həmkarlar İttifaqı və Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatı ölkədə koronavirus pandemiyası ilə mübarizə aparıldığı dövrdə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını əldə rəhbər tutaraq vətəndaşların sağlamlığının qorunması məqsədilə İnstitutun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Əliyevin və bir qrup rəhbər işçinin iştirakı ilə sosial məsafənin gözlənilməsi şəraitində elmi müəssisədə çalışan aztəminatlı əməkdaşlara ərzaq yardımı təqdim olunub.Yardım paketləri 15 növ gündəlik tələbat və ərzaq məhsulundan ibarət olub.