Xəbərlər


FƏLAKƏT RİSKLƏRİN AZALDILMASI ÜZRƏ SENDAY ÇƏRÇİVƏ PROQRAMINA HƏSR OLUNAN ONLAYN TOPLANTI KEÇİRİLİB


24 iyun 2020-ci il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı Əlaqələndirmə qrupunun ilk onlayn iclası keçirlib. Onlayn görüşə müvafiq dövlət qurumlarının və təşkilatlarının təmsilçiləri qatılıblar.

Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunu “Seysmologiya və geomaqnetizm” şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev təmsil edib.

Görüş zamanı Senday çərçivə proqramına aid vebsayt ilə görüntülü şəkildə tanışlıq olub və saytın resursları haqqında geniş məlumat verilib.

2020-2030-cu illər üçün Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivəsinə uyğun olaraq bütün səviyyələrdə vahid fəlakət risk idarəçiliyinin işlənib hazırlanması və həyata keçirilməsi, fəlakətlərə qarşı dayanıqlıq istiqamətində vahid siyasətlər və planlar qəbul edilməsi üzrə gələcək işlər barəsində müxtəlif suallar cavablandırılb və təkliflər səsləndirilib.
.