Xəbərlər


AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ PROKURORU AKADEMİK AKİF ƏLİZADƏYƏ “İRƏVAN XANLIĞI” KİTAB DƏSTİNİ HƏDİYYƏ ETMİŞDİR

  
12 iyun 2020-ci il

Azərbaycan Respublikasının Hərbi prokuroru Ədliyyə general-leytenantı Xanlar Vəliyev GGİ-nin direktoru akademik Akif Əlizadəyə “İrəvan xanlığı” kitab dəstini hədiyyə etmiş və ona məktub yollamışdır.

Hərbi prokuror məktubunda yazır: “Hörmətli Akif müəllim, mənim ideya rəhbərliyimlə işıq üzü görmüş “İrəvan Xanlığı” əsərinin bir nüsxəsini Sizə, dünya və Azərbaycan elminə töhfələr vermiş alimə, şəxsiyyətinə böyük hörmət bəslədiyim insana səmimiyyət və məmnunluq hissləri ilə göndərirəm.

Möhtərəm Prezidentimiz İlham Əliyev İrəvanın qədim Azərbaycan yurdu olmasını, ermənilərin həmin ərazidə XIX əsrdən etibarən məskunlaşdığını konkret tarixi faktlara əsaslanaraq müxtəlif mötəbər kürsülərdən dəfələrlə səsləndirmişdir.

Sözügedən əsər də məhz möhtərəm cənab Prezidentin çağrışlarına dəstək olmaq məqsədilə hazırlanıb, ərsəyə gətirilmişdir.
Zənnimcə, bu əsəri oxuyaraq, ona layiq olduğu dəyəri verəcəksiniz.

Hörmətlə,
Ədliyyə general-leytenantı Xanlar Vəliyev