Xəbərlər


“YER FİZİKASI” SEKSİYASININ İCLASI KEÇİRİLƏCƏK


 8 iyun 2020-ci il

İyunun 10-da saat 11.00-da Geologiya və Geofizika İnstitutunun “Yer fizikası” seksiyasının iclasında (Böyük zal) 2018-ci ildə GGİ-nin magistraturasına 060604 - “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə qəbul olunmuş “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin böyük laborantı Xublar Arzuman qızı Fətəliyevanın “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında) (Временные вариации гравитационного поля и анализ периодичностей (на примере гравиметрической станции Шеки))” mövzusundakı magistr dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək (elmi rəhbər y.e.f.d., dosent R.T.Səfərov).

İştirakçılardan xahiş olunur ki, iclasa gələrkən maska taxsınlar və zalda ara məsafəsini qorusunlar.