Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “NƏZƏRİ VƏ TƏTBİQİ GEOLOGİYA KURSU” VƏ “YER FİZİKASININ NƏZƏRİ KURSU” FƏALİYYƏT GÖSTƏRƏCƏK


 5 iyun 2020-ci il

Müasir dövrdə elmi fəaliyyət sahəsində müşahidə olunan sürətli inkişaf tempi, tətbiq olunan yeni fənlərarası yanaşmalar elmi nailiyyətlərin təhsil prosesinə cəlb edilməsini ciddi surətdə tələb edir. Prioritet istiqamətlər üzrə yüksək ixtisaslı kadrların hazırlanması, elm və təhsilin gələcək inkişafı üçün elmi kadr potensialının perspektivliyinın gücləndirilməsi, kadrların axtarışı və seçiminin təkmilləşdirilməsi, elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində aparılan fundamental və tətbiqi xarakterli tədqiqat işlərinə gənc kadrların cəlb edilməsi geologiya elmi qarşısında konkret vəzifələr qoyur.

Bu baxımdan gənc tədqiqatçıların, doktorantların, magistrant və magistrlərin səmərəli fəaliyyət göstərməsi, elmi tədqiqatlara həvəsləndirilməsi və istiqamətlən-dirilməsi, gənc nəslin nəzəri və tətbiqi biliklərə fəal yiyələnməsi məqsədilə “Nəzəri və tətbiqi geologiya kursu”nun və “Yer fizikasının nəzəri kursu”nun hazırlanması aktual məsələ kimi qarşıya qoyulmuşdur. Bu tədris vəsaiti son 70 il ərzində geologiya elmi sahəsində toplanmış kompleks elmi bilikləri sistemli və ümumiləşdirilmiş formada özündə əks etdirməli, bu günkü elmi ədəbiyyatı qavramaq və dərk etmək baxımından vacib və dəyərli mənbə olmalıdır.

Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə yuxarııda qeyd olunanları nəzərə alaraq 2 əmr imzalamışdır.

I ƏMR :

1. “Nəzəri və tətbiqi geologiya kursu”nun azərbaycan və rus dillərində hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
Akademik Ə.Ə.Feyzullayev;
Akademik P.Z.Məmmədov;
AMEA müxbir üzvü E.H.-M.Əliyeva;
G.-m.e.d., prof. Ad.A.Əliyev;
AMEA müxbir üzvü D.A.Hüseynov;
AMEA müxbir üzvü T.N.Kəngərli;
G.-m.e.n. Y.N.Lətifova.
2. İşçi qrupuna tapşırılsın ki, 01 iyun 2020-ci – 01 iyun 2022-ci illər ərzində “Nəzəri və tətbiqi geologiya kursu”nun azərbaycan və rus dillərində hazırlanmasını təmin etsinlər.
3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

II ƏMR

1. “Yer fizikasının nəzəri kursu”nun azərbaycan və rus dillərində hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
Akademik F.Ə.Qədirov;
AMEA müxbir üzvü Ç.S.Əliyev;
G.-m.e.d. A.Ş.Muxtarov;
Yer elmləri üzrə e.d. Q.R.Babayev;
Yer elmləri üzrə f.d. R.T.Səfərov;
Yer elmləri üzrə f.d. A.H.Zamanova.
2. İşçi qrupuna tapşırılsın ki, 01 iyun 2020-ci – 01 iyun 2022-ci illər ərzində “Yer fizikasının nəzəri kursu”nun azərbaycan və rus dillərində hazırlanmasını təmin etsinlər.
3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Direktor akademik Ak.A.Əlizadə