Xəbərlər


GGİ-də 1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ BAĞLI TƏDBİR


 2 mart 2020-ci il

GGİ-də 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbiri İnstitutun ümumi işlər üzrə direktor müavini Samir Məmmədov açaraq Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir. 1995- ci ildən isə Ümumdünya Mülki Müdafiə günü hər il konkret bir mövzuya həsr olunur və buna müvafiq müxtəlif kütləvi tədbirlər keçirilir. 2020-ci ilin mövzusu “Mülki müdafiə və hər evdə ilk yardımçı"dır.

Sonra İnstitutun Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək tədbirdə iştirak edən əməkdaşlara müasir müharibələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən söz açıb. Məruzəçi video çarxların müşayiəti ilə bildirib ki, əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əməkdaşlara öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtidir.

Sonda mövzuya aid ayrıça video çarx nümayiş etdirilib. 









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]