Xəbərlər


AMEA-da BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD OLUNACAQ


 13 fevral 2020-ci il

Fevralın 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə "Ana dilimizi - Azərbaycan dilini dünyada tanıdaq", "Azərbaycan dilinin poetik imkanları", "Ana dili mənəvi varlığımızdır" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.