Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN MAGİSTRANTLARI ATTESTASİYADAN KEÇİBLƏR


11 fevral 2020-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan magistrantların attestasiyası aparılıb.

Attestasiya komissiyasına GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA müxbir üzvü Dadaş Hüseynovun rəhbərlik edib. Komissiyanın İclasında magistrantların qış imtahanlarının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı və növbəti semestrdə planlaşdirilmiş məsələlər müzakirə edilib.

Müəssisədə yaradılmış Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.

Qeyd edək ki, hazırda GGİ-də “Geologiya", “Geologiya mühəndisliyi" və “Geofizika mühəndisliyi" ixtisasları üzrə Azərbaycan bölməsində ümumilikdə 10 magistrant təhsil alır.









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]