Xəbərlər


“GEOLOGİYADA VƏ GEOFİZİKADA İNNOVASİYALAR” MÖVZUSUNDA VIII BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK


 11 fevral 2020-ci il

Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə bu il oktyabrın 5-8-də gənc alim və tələbələr üçün görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunan “Geologiyada və geofizikada innovasiyalar” mövzusunda VIII Beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirin elmi-təşkilat komitəsinin sədri akademik Əkbər Feyzullayev, sədrin müavini y.e.f.d., dosent, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Orxan Abasovdur. Təşkilat komitəsinə həmçinin GGİ əməkdaşlarından ibarət 13 üzv daxildir.

Beynəlxalq konfrans öz işini “Yer qabığının tədqiqində mütərəqqi yanaşma və metodlar”, “Geologiya və geofizikanın problemlərinin həllində informasiya texnologiyaları”, ”Yerin tarixinin dövrləşdirilmə problemləri və geoloji hadisələrin korrelyasiyası”, “Karbohidrogen və filiz-maqmatik sistemlər” və “Komüter geologiyası – Yer qabığının maddi-struktur təkamülünün geodinamik qanunauyğunluqları” mövzuları üzrə təşkil olunacaq panellərdə reallaşdıracaq.

Konfransa tezislərin təqdimetmə müddəti may ayının 1-nə kimidir.

Bildirək ki, GGİ-də gənc alimlərin ilk Beynəlxalq elmi konfransı 2005-ci ildə keçirilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]