Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU PETROLEUM EXPERTS ŞİRKƏTİLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRİR


 4 fevral 2020-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu Petroleum Experts şirkətilə MOVE Proqram təminatının istifadəsi üçün lisenziya sazişi imzalamışdır.

Sazişə əsasən istifadə dəyəri 2 082392 funt sterlinq (4 626 866 AZN) olan proqram paketi tədris və elmi araşdırmalar aparmaq məqsədilə təmənnasız hədiyyə edilmişdir.

Qeyd edək ki, Petroleum Experts şirkəti neft mühəndisliyi və struktur geologiya yönümlüdür və bu sahələr üçün proqram vasitələrini yaradan şirkət kimi tanınır.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]