Xəbərlər


AKADEMİK RAMİZ MƏMMƏDOVUN 70 YAŞI TAMAM OLUR


Fevralın 4-ü saat 15.00-da görkəmli xəzərşünas alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, akademik Ramiz Mahmud oğlu Məmmədovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmuş yığıncaq keçiriləcək.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə çıxış edəcək. Akademik Fəxrəddin Qədirov, Cİ-nin elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Cİ-nin Fiziki coğrafiya istiqamətinin rəhbəri, dosent Mirnuh İsmayılov akademik R.M.Məmmədovun həyat və fəaliyyəti haqqında məruzə edəcəklər.

KİV nümayəndələri tədbirə dəvətlidirlər.

Ünvan: H.Cavid pr. 115, AMEA-nın Əsas binası, 2-ci mərtəbədə yerləşən konfrans zalı.