Xəbərlər


GGİ-də İMTAHANLAR UĞURLA SONA ÇATIB


 31 yanvar 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantların 2019-2020-ci tədris ili üzrə bir ay davam edən və müxtəlif ixtisaslaşma fənlərini əhatə edən qış imtahan sessiyası yanvarın 31-də başa çatıb. Sessiyanın son günündə I kurs magistrantları “Sedimentologiya və litologiya” və “Dünya neftli-qazlı hövzələri” fənləri üzrə sınaqdan keçiblər. İmtahan prosesinə AMEA-nın müxbir üzvü Elmira Əliyeva, g.-m.e.d., professor Adil Əliyev, g.-m.e.n., dosent Adilə Kabulova və g.-m.e.n., dosent Elza Əfəndiyeva nəzarət edib.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]