Xəbərlər


İNSTİTUTUN STRUKTURUNDA QİSMƏN DƏYİŞİKLİK EDİLMİŞDİR


 23 yanvar 2020-ci il

Geologiya və Geofizika İnstitutu Elmi şurasının son iclasında “Geomaqnetizm” şöbəsinin rəhbəri g.-m.e.d., professor Mənijə İsayevanın səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilməsi barədə müraciət ərizəsinə baxılmışdır.

Elmi şura “Geomaqnetizm” şöbəsində gələcəkdə prioritet istiqamətlər üzrə aparılacaq elmi tədqiqatları əsas tutaraq, Geologiya və Geofizika İnstitutunun strukturunda mövcud olan “Geomaqnetizm” və “Seysmologiya və seysmik təhlükə” şöbələrini birləşdirmək qərarına gəlmişdir. Həmçinin yeni şöbənin “Seysmologiya və geomaqnetizm” adlandırılması və müsabiqəyə qədər şöbə rəhbəri vəzifəsini icra etmək Yer elmləri üzrə e.d., dosent Qulam Babayevə həvalə edilməsi qərara alınmışdır.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]