Xəbərlər


DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASIBƏTİLƏ TƏDBİR


30 dekabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib.

Tədbiri GGİ Həmkarlar İttifaqının sədri g.-m.e.n. Kamran Əliyev açaraq əlamətdar gün münasibətilə elmi müəssisə əməkdaşlarını təbrik edib və dünya azərbaycanlılarının birlik və həmrəyliyindən söz açıb. Bildirilib ki, bu bayram dünyanın bütün guşələrində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilib. Yeni il öncəsi - 31 dekabr gününün əlamətdar hadisə kimi qeyd edilməsi dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində böyük rol oynayır.

K.Əliyev GGİ əməkdaşlarını həmçinin Yeni il münasibətilə təbrik edib, işlərində və şəxsi həyatda uğurlar arzulayıb.

Tədbir daha sonra musiqi və əyləncə proqramı ilə davam edib.Maraqlı proqram Fövqəladə Hallar Nazirliyi “Hünər” ansamblının müşayiətilə reallaşıb.


 








GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]