Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU İLƏ DÖVLƏT NEFT VƏ SƏNAYE İNSTİTUTU ARASINDA MEMORANDUM İMZALANIB


4 dekabr 2019-cu il

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU )arasında anlaşma memorandumu imzalanıb. Sənədi GGİ adından İnstitutun direktoru Akif Əlizadə və ADNSU adından rektor Mustafa Babanlı imzalayıb.

Sənəddə təhsil və elmi müəssisə arasında kadr hazırlığı, geologiya elminin qarşılıqlı maraq doğuran sahələrində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, bu sahədə hər iki müəssisənin maddi texniki bazasından və kadr potensialından birgə istifadə, həmçinin baza kafedraların və ya mövcud kafedraların filiallarının yaradılması, birgə elmi simpozium və konfransların təşkili, müvafiq ixtisas sahələri üzrə müştərək elmi əsərlərin çapı, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması və digər işlər nəzərdə tutulur.

Memorandum 5 il müddətində qüvvədə olacaq.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]