Xəbərlər


GGİ ALİMLƏRİNİN HƏMMÜƏLİFLİYİ İLƏ YENİ ELMİ KİTAB ÇAPDAN ÇIXIB


 3 dekabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları - Geoekologiya şöbəsinin rəhbəri g.e.d. Vaqif Məmmədovun, Mühəndisi geofizika şöbəsinin rəhbəri g-m.f.d. Əvəz Salamovun və BDU-nun Biologiya fakültəsinin dosenti b.f.d. Saleh Əliyevin həmmüəllifliyi ilə “Azərbaycan Respub-likası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazi¬lərin mühəndisi geofiziki şəraiti” kitabı “Mütərcim” nəşriyyatında çapdan çıxıb.

348 səhifədən ibarət nəşrdə respublika ərazisində yerləşən böyük ölçülü (su səthinin sahəsi ≥ 1km2 ) göllərin hidrobiokimyəvi xüsusiyyətlərinin təbii və antropogen təsirli dövrlərdə dəyişmə istiqamətləri, onların parametrləri və əmələ gələn ekoloji problemlər araşdırılıb, ekoloji şəraiti pozulmuş gollərin rekonstruk¬siyası yolları göstərilib.

Müəlliflər bildirirlər ki, göllərin su mühiti və dib çoküntülərinin bir sıra kəmiyyət və keyfiyyət göstəricilərinin tədqiqi və ekoloji şəraitin qiymətlən¬dirilməsi çirklənmiş göllərin tənzimlənməsi işində yardımçı ola bilər. Kitabda həmçinin gölətrafı ərazilərin geofiziki şəraiti qiymətləndirilərək Bayıl və Bibiheybət yamaclarındakı sürüşmə hadisələri açıqlanıb.

Kitabda 102 cədvəl, 173 şəkil verilir. Biblioqrafiya 256 ədəbiyyatı əhatə edir.

Yeni nəşr hidrologiya, hidrokimya, hidrobiologiya, ekologiya və geofizika sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]