Xəbərlər
GGİ-də RƏQƏMSAL KİTABXANALARIN İŞLƏMƏ MEXANİZMİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB
22 oktyabr 2019-cu il
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) GGİ-də bu elmi müəssisənin əməkdaşları üçün müasir rəqəmsal kitabxanaların işləmə mexanismi, MEK-də açıq elektron resurlardakı məqalələrdən elmi araşdırmalarda istifadə ilə bağlı təlim keçirib.
Təlimi MEK-in İnnovativ layihələr bölməsinin müdiri Cəmilə Yusifova reallaşdırıb. Tədbirdə Ebscohost platformasında interaktiv axtarış mövzusunda iştirakçıların elm sahələrinə uyğun , aparılan elmi-tədqiqat və istinad olunan nüfuzlu resuslar haqqında geniş məlumat verilib,çoxsaylı suallar cavablandırılıb.
GGİ-nin elmi katibi g .m.ü. f.d. Yeganə Lətifova İnstitut kollektivi adından maraqlı və faydalı informasiyalarla zəngin təlimə görə Cəmilə Yusifovaya təşəkkür edib.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]