Xəbərlər


AKADEMIK HƏTƏM QULİYEV “İCAAMM19” BEYNƏLXALQ KONFRANSINDA MƏRUZƏ EDİB


 29 mart 2019-cu il

GGİ “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri akademik Hətəm Quliyev Türkiyənin İstanbul şəhərində İCAAMM19, (International Conference on Applied Analysis and Mathematical Modeling) konfransında dəvət əsasında iştirak edib. Azərbaycanlı alim "İçi sıxılan maye ilə doldurulmuş çoxlaylı sferanın rəgslərinə qeyri bircins başlanğıc gərginliklərin təsiri” mövzusunda apardığı tədqiqatlardan alınmış nəticələri təqdim edib. Məruzənin tam məzmunu konfransın saytında yerləşdirilib, kitab halındakı “Tezislər toplusu”nda dərc edilib.

Konfransda eləcə də Türkiyənin, Rusiyanın, Makedoniyanın, Almaniyanın, Həbəşistanın, İspaniyanın, Səudiyyə Ərəbistanının, İranın və bir sıra digər ölkələrin alimləri iştirak ediblər. Beynəlxalq elmi tədbirdə riyaziyyatın, mexanikanın və geofizikanın fundamental və tətbiqi bölmələrinin müxtəlif sahələri üzrə elmi məruzələr dinlənilib. Türkiyəli həmkarlarla müxtəlif istiqamətlərdə aparılmış və ümumi maraq doğuran tədqiqat nəticələri müzakirə edilib. Eləcə də Ankara Universitetində Yerin müasir nəzəri modellərində mühitin elastiki parametrlərinin paylanması üzrə dünyanın müxtəlif elmi mərkəzləri və universitetlərinin laboratoriyalardında aparılan eksperimental tədqiqatların nəticələri Geofiziki Tətbiqləri Universitetinin bölüm başkanı professor İman Əskərzadə ilə müzakirə mövzusu olub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]