Xəbərlər


İNSTİTUTDA ELM GÜNÜ QEYD OLUNUB


 28 mart 2019- cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) əkəsəriyyəti gənclərdən ibarət auditoriya üçün “Ustad dərsi” formatında tədbir keçirilib. Ölkədə ilk dəfə qeyd olunan “Elm günü” ilə bağlı toplantıda GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açıb. Natiq İnstitutun, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, SOCAR-ın və digər əlaqədar təşkilatların əməkdaşlarından ibarət kollektivi “Elm günü” münasibətilə təbrik edib, elmi fəaliyyət göstərən mütəxəssislər üçün peşə bayramının təsis edilməsini ölkə başçısı tərəfindən elmə verilən diqqət və qayğı kimi dəyərləndirib.

İnstitutun “Gənc alim və mütəxəssislər şurasinin elmi seminar”ı çərçivəsində təşkil olunan ustad dərsində elmi müəssisənin “Petrologiya şöbəsi”nin rəhbəri akademik Arif İsmayılzadə “Azərbaycanın qızıl-filizli yataqlarının əmələ gəlməsinin müasir yanaşma əsasında petrogenetik meyarları” adlı maraqlı məruzə ilə çıxış edib. Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı sulallar ustad-alim tərəfindən cavablandırılıb.









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]