Xəbərlər


GGİ-NİN ŞÖBƏ RƏHBƏRİ RUSİYA TƏBİƏT ELMLƏRİ AKADEMİYASININ AKADEMİKİ SEÇİLİB

 
27 mart 2019-cu il

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) Geotektonika və regional geologiya şöbəsinin rəhbəri Tələt Kəngərli Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) ilə fəal elmi əlaqələrinə və səmərəli elmi fəaliyyətinə görə bu Akademiyanın əcnəbi üzvü seçilib.

RTEA-nın əcnəbi üzvlüyü diplomunu Tələt Kəngərliyə AMEA-nın vitse-prezidenti , Neft və Qaz İnstitutunun direktoru, RTEA-nın Azərbaycan bölməsinin rəhbəri akademik İbrahim Quliyev təqdim edib.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]