Xəbərlər


AMEA PREZİDENTİ ELM GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL OLUNMUŞ SƏRGİDƏ OLUB


 27 mart 2019-cu il

AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov və AMEA İşlər idarəsinin rəisi siyasi elmlər doktoru Fətəli Abdullayev Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elm Günü münasibətilə təşkil etdiyi sərgini ziyarət ediblər.

RSXM-in Zəlzələlərin Tədqiqatı Bürosunda baş tutan sərgidə mərkəzin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanda son 100 ildə seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar, aparılan araşdırmaların nəticələri, həmçinin qurumun əməkdaşlarının elmi nəşrləri barədə məlumat verib.

“Açıq qapı” formatında təşkil edilmiş tədbirə həmçinin şəhərin çoxsaylı sakinləri də qatılıblar.