Xəbərlər


GGİ-nin GƏNC ƏMƏKDAŞI FƏXRİ FƏRMANA LAYİQ GÖRÜLÜB


1 fevral 2019-cu il

Yasamal rayon Gənclər və İdman İdarəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş ənənəvi tədbirdə rayonun ictimai və idman həyatında göstərdikləri faəllığa görə bir qrup gəncə diplom, fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilib.

Geologiya və Geofizika İnstitutu (GGİ) “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşı Orxan Bəşirov da fəxri fərmanla mükafatlandırılıb.

Gənc mütəxəssisə fəxri fərmanı Yasamal Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov təqdim edib.

Xatırladaq ki, Orxan Bəşirov 2016-cı ildən GGİ-nin “Palçıq vulkanizmi” şöbəsində mühəndis kimi çalışır.