Xəbərlər


AZƏRBAYCAN ALİMLƏRİNİN II QURULTAYI BU İLİN SONUNDA KEÇİRİLƏCƏK

 
17 yanvar 2019- cu il

Bu ilin sonunda Azərbaycan alimlərinin II qurultayının keçirilməsi nəzərdə tutulur.

AMEA-nın prezidenti akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında bildirib ki, qurultayda Azərbaycan elminin bugünkü innovativ vəziyyəti əsas leytmotiv kimi irəli sürüləcək və onun bütün istiqaməti tətbiqi elmə həsr olunacaq. Qurultayda innovativ elmin inkişafı məsələləri, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlar müzakirə ediləcək. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanılıb.

Xatırladaq ki, Azərbaycan alimlərinin I qurultayı 2014-cü il dekabrın19-da Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]