Xəbərlər


GGİ-DƏ MAGİSTRANTLARIN İXTİSAS FƏNLƏRİ ÜZRƏ İMTAHANLARI DAVAM EDİR


11 yanvar 2019- cu il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantların 2018-2019-cu tədris ili üzrə qış imtahan sessiyası keçirilir. Qış imtahan sessiyası müxtəlif ixtisas fənlərini əhatə edir.

AMEA-nın prezidenti akademik Akif Əlizadənin 25 dekabr 2018-ci il tarixli sərəncamına əsasən keçirilən imtahanlarda II kurs magistrantları növbəti imtahanda “Neft-qaz axtarışında müasir geofiziki üsullar”, “Okean litogenezi” və “Neft-qazlarının və resurslarının geoloji-geofiziki qiymətləndirilməsi və ehtiyatın hesablanması” fənləri üzrə sınaqdan keçiblər.

Keçən il dekabrın 29-da başlayan imtahan sessiyası fevralın 1-də sona çatacaq.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]