Xəbərlər


YER ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

 
23 noyabr 2018-ci il

Noyabrın 22-də AMEA-nın Yer Elmləri Bölməsinin büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə ilk olaraq AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmə müzakirədən sonra müvafiq qərar qəbul edib.

Sonra geologiya-minerologiya üzrə fəlsəfə doktoru Aliyə Babazadənin AMEA-nın Geologiya və Geofizika İnstitutunun Paleontologiya və stratiqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının nəşr üçün təqdim etdikləri əsərlərin müzakirəsi aparılıb, müvafiq qərar qəbul olunub.

Gündəlikdə yer alan növbəti məsələ "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı" ilə bağlı olub. Ölkə Prezidenti İlham Əliyevin sözügedən Dövlət Proqramının təsdiq edilməsi haqqında 15 noyabr 2018-ci il tarixində Sərəncam imzaladığını xatırladan AMEA-nın elmi katibi Sadıx Nəbiyev bildirib ki, sənədə əsasən akademiya qarşısında bir sıra vəzifələr qoyulub. Müzakirədən sonra məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, elmi müəssisələrə təkliflər hazırlamaq tapşırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.


www.science.gov.az