Xəbərlər


GGİ ƏMƏKDAŞLARI UNESCO-NUN BEYNƏLXALQ KONFRANSINDA İŞTİRAK EDİBLƏR


 5 noyabr 2018-ci il

Geologiya və Geofizika İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov, Tələt Kəngərli və Elmira Əliyeva Türkiyənin Antaliya şəhərində keçirilmiş UNESCO-nun beynəlxalq konfransında iştirak ediblər.

“Xəzər dənizindən Aralıq dənizinə qədər Dördüncü Daş Dövrü ərzində ətraf dəyişikliyi və bunun insanlara təsiri (2013-2018)” və “Ponto –Xəzər stratiqrafiyası və geoxronologiya (2017-2020) ”mövzularında baş tutmuş tədbirdə azərbaycanlı alimlərin ”Cənubi Xəzərdə palçıq vulkanlarının fəaliyyət dövrü və onun ətraf mühitə təsiri” və “UNESCO-nun geopark yaratmaq perespektivi Azərbaycanın geoloji irsinin qorunması üçün geoekoloji vasitədir” adlı məruzələri konfransa təqdim edilib.Məruzələr böyük maraqla qarşılanıb.

GGİ alimlərinin sözlərinə görə, “Beynəlxalq Geoloji Elmlər Proqramı 610” (IGCP 610) layihəsindən əsas məqsəd regionlararası və fənlərarası müxtəlif geoloji, arxeoloji və antropoloji məlumatları təmin etməklə Avroasiyanın geoloji tarixini daha dərindən öyrənməyə və onun ətraf mühitə, keçmişdə və gələcəkdə insanlara təsirini öyrənməyi təmin etməkdir.

IGCP 610-nun əvvəlki beş plenar iclas və çöl işləri Qərbi Gürcüstanda (2013), Azərbaycanda (2014), Rusiyada - Şimali Xəzərdə (2015),Şərqi Gürcüstanın Kartli və Kaxeti rayonlarında (2016), İtaliyada-Palermoda (2017) aparılıb.

Bu plenar iclas və IGCP 610 çərçivəsində çöl işləri Şərqi Aralıq dənizinin - Cənubi Türkiyənin Tavridlər dağ silsiləsinin mərkəzi hissəsi boyunca gec miosen-pliopleystosenin geoloji tarixinə istiqamətləndirilmişdi. Həmin regional plio-dördüncü dövr ərzində tektonik –iqlim qarşılıqlı əlaqələrinin daha yaxşı anlaşılması və aydınlaşdırılması üçün bu mövzu olduqca vacib idi.

Konfransın iki günündə məruzə stend seksiyalarına həsr edilib, dörd gün ərzində isə əsasən miosen, plio-dördüncü dövr və arxeoloji açılışlarda geoloji şöl işləri aparılıb.

Tədbir multidissiplinar (fənlərarası) xarakter daşıyıb və şərq-qərb elmi dialoqonu qüvvətləndirmək üçün bütün dünyanın alimlərini birləşdirərək IGCP 610, IGCP 521 və INQUA 0501-in keçmiş tədbirlərdə olduğu kimi, korrelyasiya və inteqrasiya üzrə konfransları vaxtı toxunulmuş məsələlərin gələcək əməkdaşlıq üçün əsaslarını təmin edib.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]