Xəbərlər


AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI REDAKSİYA HEYƏTİNİN YENİ TƏRKİBİ TƏSDİQ EDİLİB


 02 noyabr 2018-ci il

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin birinci müavini Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyev, müavinləri AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevdir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, Akademiyanın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə, məsul katibi AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyevdir.

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti 38 üzvdən ibarətdir.