Xəbərlər


GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


24 oktyabr 2018- ci il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilimiş ümumrespublika elmi seminar “Cənubi Xəzərin Azərbaycan sektorunun qazhidratlari ” mövzusuna həsr olunub.

Seminarı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov məruzəçi Aleksandr Poletayevi (AMEA Neft və Qaz İnstitutu) seminar iştirakçılarına təqdim edib.

Məruzəçi Cənubi Xəzərin dərinsulu hissəsi,regional seysmik profil, qaz planalması, temperatur, təzyiq, süxurların sahədə tərkibinin dəyişməsi üzrə göstəricilərini özündə birləşdirən məlumatlar bankı haqqında, metan qazının iştirak etdiyi zonalar, həmçinin metan qazı homoloqlarının aşağı və yüksək göstəriciləri ilə xarakterizə olunan zonalar və dugər aspektlər barədə məlumat verib.

Məruzə maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb, çıxışlarda məruzəçiyə dəyərli tövsiyələr səsləndirilib.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]