Xəbərlər


AMEA-nın GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA (GGİ) 15 SENTYABR – BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB


15 sentyabr 2018-ci il

İnstitut əməkdaşlarının övladları üçün keçirilən tədbir GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən təşkil olunub.

Tədbirdə HİK-in sədri, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri , geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev çıxışında bildirib ki, uşaqları bir araya gətirməkdən məqsəd elmə xidmət edən alimlərin sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və gələcək nəsildə elmə ibtidai həvəs yaratmaqdır.

Tədbirin bədii hissəsində peşəkar incəsənət ustaları əyləncəli proqram reallaşdırıblar, həmçinin məntiqi müsabiqələr keçirilib.
Sonda tədbirdə iştirak edən 60-dan çox şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib.









AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]