Xəbərlər


GGİ ƏMƏKDAŞLARI BAYRAM GÜNLƏRİNİ NABRANDA KEÇİRİBLƏR


20 iyun, 2018-ci il

Geologiya və Geofizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İnstitutun 7 əməkdaşı iyunun 15-17-də Nabrandakı “Xəzər” istirahət mərkəzində dincəlib.
Dincələnlərin sözlərinə görə, yaşıllıqlar fonunda yerləşən mərkəzdə mənalı istirahət üçün yaxşı şərait yaradılıb. Dincələnlərin fəal istirahəti gəzinti, ekskursiya, velosiped idmanı, stolüstü oyunlar, çimərlik zövqü ilə müşayiət olunub. İnstitut əməkdaşları istirahət mərkəzinin qida xidmətindən də razı qalıblar.
GGİ Həmkarlar ittifaqı komitəsi yay aylarında əməkdaşlar üçün bundan sonra da güzəştli səfərlər təşkil etmək niyyətindədir.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]