Xəbərlər


GGİ-DƏ MAGİSTR DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ KEÇİRİLİB


11 iyun 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda magistr dissertasiya işinin müdafiəsinə həsr edilmiş İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclası keçirilib. İclası giriş sözü ilə Geologiya və Geofizika İnstitututunun elmi işlər üzrə direktor müavini, AMEA-nin müxbir üzvü, İxtisaslaşmış Magistr Dissertasiya Müdafiə Şurasının sədri Dadaş Hüseynov açaraq iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə 2016-2017-ci tədris ilində GGİ-nin magistraturasına qəbul olunmuş Süleymanova Fatma “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə “Abşeron arxipelaqının dib çöküntülərinin litostratiqrafiyası və mikrofaunası”, Qocayeva Nabat “Regional geologiya” ixtisası üzrə “Abşeron yarımadasının sürüşmə hadisələri və neotektonik proseslərinin öyrənilməsi (aerokosmik tədqiqatlar və GPS tədqiqatları əsasında)”, Əmrahova Xəyalə və Omarov Cavid “Neft – qaz hövzələrinin geologiyası” ixtisası üzrə “Qırmaki lay dəstəsinin fasial modeli, qumlu layların elaqəliliyi, kollektorların və örtüklərin petrofiziki xüsusiyyətləri (Qırmaki dərəsinin timsalında)”, “Cənubi Xəzər hövzəsinin sürətlə çökməsi zamanı Bulla dəniz strukturunun geo-termal inkişafı” mövzularında apardıqları tədqiqatlarının yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında açıq müdafiəyə təqdim ediblər.

Magistrantlar Müdafiə Şurası üzvlərinin çoxsaylı suallarını cavablandırandan sonra müdafiəyə təqdim olunan mövzulara dair çıxışlar dinlənilib və gənc alimlərin ilk elmi işləri yüksək qiymətləndirilib. Ümumilikdə Müdafiə Şurası magistrlərin müdafiə işlərinə yaradıcı münasibətlərini, təqdiqat işinə həvəslə yanaşmalarını, elmi rəhbərlərin tövsiyələrinə düzgün əməl etmələrini xüsusi vurğulayıblar.













AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]