Xəbərlər


ELMİ SEMİNARDA GƏNC MAGİSTRLARIN ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ OLUNUB

 
30 may 2018-ci il

Gənclərin elmi-tədqiqat işləri ilə bağlı kvalifikasiyasını artırmaq, onları istiqamətləndirmək məqsədilə Geologiya və Geofizika İnstitutunda (GGİ) fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində rəhbərlik tərəfindən təsdiq olunmuş illik plana uyğun olaraq cari ilin ilk elmi seminarı keçirilib.

Tədbiri AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov giriş sözü ilə açaraq iştirakçıları ənənəvi seminarın gündəliyi ilə tanış edib. O bildirib ki, magistrlərin bu gün edəcəkləri məruzələrin belə geniş bir platformada müzakirəsi, magistr dissertasiyalarının müdafiəsinə hazırlıq məqsədi daşıyır.

Sonra İnstitutda magistratura təhsili alan II kurs gənclərinin yerinə yetirdikləri dissertasiya elmi işlərinin nəticələrinə dair elmi məruzələr dinlənilib.

Seminarda “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinin böyük laborantı Nabat Qocayevanın, “Neftli-qazlı hövzələrin litogenezisi” şöbəsinin böyük laborantı Fatma Süleymanovanın və “Geotermiya” şöbəsinin mühəndisi Cavid Omarovun məruzələri maraqla dinlənilib. Eləcə də çoxsaylı suallar cavablandırılıb, həmçinin gələcək alimlərə apardıqları tədqiqatlarla bağlı tövsiyələr verilib.

AMEA Geologiya və Geofizika İnstitutunun “Təhsil” şöbəsindən verilən məlumata görə, II kurs magistrantların dissertasiyalarının müdafiəsi iyunun 11-də keçiriləcək.














AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

[email protected]