Xəbərlər


AKADEMİK HƏTƏM QULİYEV UKRAYNADA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


21 may 2018-ci il

GGİ-nin Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev mayın 14-17-də Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirilmiş “Geoinformatika-2018: nəzəri və tətbiqi aspektlər” XVII Beynəlxalq konfransında iştirak edib.

Azərbaycanlı alimin konfransın ikinci günündə "Geoinformasiyaların düzgünlüyünün bir inteqral kriteriyası" mövzusunda məruzəsi dinlənilib. Məruzə Yerin müasir nəzəri modellərində müxtəlif elastiki və həndəsi parametrlərin paylanmasının böyük zəlzələrdən sonra Yerin məxsusi rəqslərinin periodları ilə inteqral uyqunluğu məsələsinin nəzəri həllinə həsr olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq tədbirdə həmçinin Rusiyanın, Norveçin, Niderlandın, Avstriyanın, Türkiyənin, Ukraynanın, Qazaxstanın və bir sıra digər ölkə alimlərinin geoinformatikanın müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilib.

Beynəlxalq konfransın gedişatında akademik Hətəm Quliyev Geoinformatika üzrə Ümumiukraina Assosiyasiyasının prezidenti Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü N.A. Yakimçuk, Ukrayna Milli Elmlər Akademiyasının Subbotin adına Geofizika institutunun elmi işlər üzrə direktor müavini, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü A.V. Kendzera, Taras Şevçenko adına Kiyev Miili Universitetin Geologiya İnstitutunun direktoru, prof. V.A. Mixaylov və İnstitutun Geofizika kafedrasının müdiri prof. S.A. Vıjva, kafedranın professoru B.P. Maslov və Rusiya Elmlər Akademiyasının Şmidt adına Yer fizikası İnstitutunun professoru M. Rodkinlə geologiyanın və geofizikanın qarşılıqlı maraq doğuran məsələləri üzrə müzakirələr aparıb.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]