Xəbərlər


ARXEGEOLOJİ TAPINTILARIN TARİXLƏNDİRİLMƏSİNDƏ RADİOİZOTOP METODLARININ TƏTBİQİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB


4 aprel 2018-ci il
 
AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqi” mövzusunda ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra o, GGİ, Arxeologiya və Etnoqrafiya və Neft və Qaz institutlarının birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqatların nəticələri barədə məlumat verib. Bildirib ki, arxegeoloji tapıntıların tarixləndirilməsi AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) hələlik mövcud olan radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları ilə aparılır.

D.Hüseynov bu istiqamətdə RPİ-də yaradılmış xüsusi tədqiqat qrupu ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə RPİ-nin aparıcı elmi işçisi Sahib Məmmədov “Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqi” mövzusunda təqdimatla çıxış edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.









Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 39 39 62; (050) 370 88 44
[email protected]