Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

 
16 mart 2018-ci il

İnstitutun Elmi şurasının iclasında geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov “Azərbaycanın geotermal potensialı: perspektivli obyektlər və effektiv tətbiq sahələri” mövzusunda elmi məruzəsi dinlənilib və geniş müzakirə edilib. Bildirilib ki, aparılmış tədqiqatlar Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən biri olan geotermal enerji mənbələrinin aşkarlanması, onların energetik potensialının qiymətləndirilməsi və istifadəsi məsələlərinə həsr edilib. Çoxsaylı ədəbiyyat və Azərbaycan ərazisi üzrə toplanmış geotermik məlumatlar əsasında geotermal enerji potensialının qiymətləndirilməsi metodikası seçilmiş və müxtəlif hallar (termal su mənbələri, termal su hövzələri və süxur massivləri) üçün geotermal enerji potensialı qiymətləndirilib.Bu tədqiqatların nəticələri və xarici ölkələrin təcrübəsi respublikamızda geotermal enerjidən istifadə olunması üçün geniş imkanların olduğunu göstərir.

Elmi şura qərara alırb ki, Abdulvahab Muxtarovun elmi məruzəsi bəyənilsin və aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş yeni enerji mənbələrinin istifadəsi işləri yerli icra orqanlarına və bələdiyyələrə təqdim olunması tövsiyə edilsin və qərarın yerinə yetirilməsinə nəzarət Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA müxbir üzvü, geologiua-mineralogiya elmləri doktoru Dadaş Hüseynova həvalə edilsin.

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasına sədrlik edən Dadaş Hüsüeynov sonra “AMEA Prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrası”məsələləri barədə,həmçinin “ ETİ-nin yerinə yetirilməsinin gedişatı” məsələləri barədə məlumat verib.

Sonra “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi”,“Palçıq vulkanları kraterinin elektrik kəşfiyyatı məlumatları əsasında təhlili” mövzularının elmi icrası haqqında hesabat dinlənilib.

Elmi şuranın iclasında ”Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinin qismən dəyişdirilməsi”, “Yer elmləri üzrə fəlsəfə doktorları Rafiq Səfərovun və Mina Həsənquliyevanın ixtisas üzrə dosent elmi ada təqdim olunmaları müzakirə edilərək təsdiqlənib.

İclasın növbəti məsələsi Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün RSXM-nin əməkdaşı Pərvanə Abdulrazaqovanın təqdim etdiyi “Böyük Qafqazın cənub-şərq yamacının seysmogen sahələrində flüidlərin geokimyəvi rejimi (Azərbaycanın Şamaxı və İsmayıllı seysmogen zonaları timsalında)” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirə protokolunun təsdiqi haqqında olub.

Elmi şuranın iclasında cari məsələlərə də baxılıb.












AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
050 370 88 44; (012) 539 39 62
[email protected]