Xəbərlər


"KOSMOLOGİYADA ALƏMİN ƏBƏDİ DÖVRANI PARADİQMASI" MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB


14 dekabr 2017-ci il

 
AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, fizika-riyaziyyat elmlər doktoru, akademik Hətəm Quliyevin "Kosmologiyada aləmin əbədi dövranı paradiqması" kitabı "Elm" nəşriyatında çapdan çıxıb. Aləmin, Kainatın, formasından asılı olmayaraq mövcud bütün varlığın ümumi məsələlərinin orijinal tədqiqinə həsr olunmuş monoqrafiyanın elmi redaktoru akademik Akif Əlizadədir. Monoqrafiyanın rəyçiləri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədovdur.

Monoqrafiyada aləmin əbədi dövranı (AƏD) adında yeni elmi paradiqmaının əsasları təqdim olunur. Hesab edilir ki, daha öncədən təklif olunmuş, o cümlədən təqdim olunun paradiqmalar ilkin və sonrakı (ikinci) insan duyğularna (hissiyata) əsaslanır. Müxtəlif paradiqmalar arasında fərqlər, əsasən, ikinci duyğuların (yenilənən koqnitiv sistemlərin) nəticələrinın dərk olunma miqyası ilə bağlıdır.

Bütövlükdə kosmosla eyniləşdirilən materiyanın maddi və sərbəst (azad) haldan ibarət olduqu qəbul edilir. Mütləq sərbəst hal, azad enerji potensialına malik və bütün qüvvələrin təsirindən azad (təsir edə bilmədiyi) sonsuz fəza formasındadırr. Ayrı-ayrı maddələrdən və azad fəzanın hissələrindən ibarət olan maddi hal fiziki, bioloji və informasiya formaları şəklində mövcuddur. Materiyanın üç aqreqat toplananı var: Enerji, maddi və sərbəst.

Materiya hər zaman, hər yerdə onun bütün formalarının iştirakı ilə sərbəst fəzada hərəkətdədir. Hərəkətlərin mənbəyini, maddənin enerjiyə, enerjinin maddəyə cevrilməsinin sonsuz ardıçıllığı şəkilindəki mübarizə təşkil edir. Materiya bütün formalarında bu yolla azadlığa nail olmaq üçün əbədi mübarizə aparır. Müşahidə oluna bilinən və bilinməyən bütün hərəkətlər bu mübarizənin təzahürüdür.

Azadlığa (sərbəst hala) çatmaq və bu yöndə ən yaxşı yolun axtarışı istəyi, bütün hərəkətləri təmin edən hərəkətverici qüvvə rolunu oynayırr. İstək (yəni qüvvə) bütün miqyaslarda və sürətlərdə mövcuddur.

Bu sadalanan qənaətlər Aləmin Əbədi Dovranı (AƏD) paradigmasının əsas mahiyyətini təşkil edir.

Monoqrafiyada göstərilir ki, bütün fundamental təsir qüvvələrinin (o cümlədən, ictimai) materiyanın maddi və sərbəst halları ilə qarşılıqlı münasibətləri AƏD-də müxtəlif miqyaslarda istəklərin icrasına xidmət edir. AƏD, fundamental qüvvələrlə yanaşı, daha üstün qüvvəyə - istəyə tabedir. Hər bir istəyin reallaşması, müəyyən hərəkət şəklində baş verdiyindən, qeyri aşkar şəkildə, təsirin ən kiçik prinsipinə tabedir. Kosmosda, Kainatda, Çünəş sistemində, Yer planetində, cismlərin, molekulaların, atomların strukturlarında və sairədə müşahidə edilən qayda-qanun hər yerdə istisnasız olaraq baş verən hərəkətlərin bu prinsipə tabe olduğunun sübutudur.Daha dərinə çetsək, biologiyanin RNK, DNK ardıcıllıglarının, Çen proseslərinin, ümumiyyətlə bütün fundamental təsir mexanizmlərinin bu prinsiplə sıx bağlılıəından danışmag olar.

AƏD-də materiyanın formalarının harda, nə vaxt, neçə və s. iştirakı mexanizmləri, mövçud şəraitdən asılı olaraq fərqlidir. Hər bir formanın iştiraki əbədi dövran prosesinin effektivliyinin artırılması zərurətindən reallaşır. AƏD-də insanın iştirakı, istəklərin həyata keçmək mexanizmlərini kifayyət qədər zənginləşdirir. Nəticədə materiyanın azad halının spesifik forması yaranır - koqnitiv sistem. Ağıllı insan AƏD-ə azadlığa çatmaq mərhələsinin daha səmərəli aparılmasının zərurəti kimi meydana çıxır.

Hərəkətlərin müddəti (ümumiləşdirilmiş mənada) materiyanın informasiya formasının elementidir. Zaman isə - müddətərin spesifik ölçülmə nəticələrinin kəmiyyət göstəricilərinin qəbul olunmuş qaydada (razılaşdırılmış) düzəni və istifadəsidir. İxtiyari təbiətli və miqyaslı istəklərin həyata keçməsi əlavə müddət yaradır. Buna görə də bu müddətlərə (zaman) görə kecmişə geri qayıtmaq imkanları mövcud deyildir. Materiyanın formaları ya ayrı-ayrılıgda ya da müəyyən komplekslər halında Kosmosun istisnasız olarag hər yerində iş görür, bunun nəticəsində müddətlərin toplum cəmi durmadan artır və bu artımdan təcrid olmaq mümkün deyil.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]