Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ


17 noyabr 2017-ci il

 
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirildi. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru,AMEA-nın müxbir üzvüDadaş Hüseynov açdı və iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi. O, ilk olaraq Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası haqqında məlumat verdi.

Sonra 2017-ci ildə başa çatmış elmi tədqiqat işlərinin nəticələritəqdim olundu. “Gədəbəy filiz rayonunun gec yura-erkən təbaşir yaşlı intruziv maqmatizmi-nin kristallaşmasının fiziki-kimyəvi şəraiti və filizəmələgətirən elementlərin təka-mül prosesində paylanma qanunauyğunluqları”, “Məsamə-lay yeraltı suların istismar ehtiyatlarının ətraf mühitin məhdudiy-yətlərini nəzərə almaqla qiymətləndirilməsi metodikasının işlənib hazırlanması (Quba-Xaçmaz dağətəyi düzənliyi timsalında)” və “Xəzərin dibində istilik seli və istilik mübadiləsi modelləri”mövzuları üzrə aparılmış tədqiqatlar haqqında ətraflı məlumatlar verildi, nəticələr müzakirə edildi.

Tədbir institut əməkdaşlarının xarici beynəlxalq tədbirlərdə iştirakı və kadr hazırlığıhaqqında da çıxışlarla yekunlaşdı.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]