Xəbərlər


İNSTİTUT ALİMLƏRİ KİYEVDƏ ELMİ MƏRUZƏLƏRLƏ ÇIXIŞ EDİBLƏR


15 noyabr 2017-ci il

Ukraynanın paytaxtı Kiyevdə "Cənubi Qafqazda yer elmləri" layihəsinin yekun işçi görüşü keçirilib.Fransa, Böyük Britaniya, Azərbaycan, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin qatıldığı beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, gənc alimlər – yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov, Fuad Əliyev və Tofiq Rəşidov təmsil ediblər. Tədbirdə T.Kəngərli və F. Əliyev: "Şimali və cənubi Qafqaz mikroplitələrin aktiv psevdosubduksiya ərazisində tektonika və zəlzələlərin ocaq mexanizmləri" mövzusu üzrə elmi məruzə təqdim ediblər.
 
R.Səfərov: “Qafqazın aktiv geodinamikası”, T.Rəşidov isə“Qobustan palçıq vulkanlarının GİS əsasında morfostruktur tədqiqi” adlı məruzələrlə çıxış ediblər.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]