Xəbərlər


GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARINDA ABŞERON YARIMADASINDA APARILMIŞ MAQNİTOSTRATİQRAFİK TƏDQİQATLARIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUB

 
26 sentyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarı keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrlik etdiyitədbirdə“Abşeron yarımadasında Abşeron və ağcagil çöküntülərinin maqnitostratiqrafik tədqiqatları” mövzusu üzrə aparılmış tədqiqatların yekun nəticələri məruzə edilib. İnstitutun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin əməkdaşı, I kurs magistrat Ruslan Aslanov məruzəsində tədqiqat rayonunda öyrənilən çöküntülər üzrə fauna komplekslərinin az olması səbəbindən paleontoloji üsulla stratiqrafik bölgülərin ayrılmasının çətinliyindən bəhs edib. O, belə spesifik kəsilişlərdə stratiqrafik yaş bölgülərinin işlənilməsinın paleomaqnit tədqiqatlarının aparılması ilə mümkün olduğunu vurğulayıb. Bununla əlaqədar, araşdırmalar nəticəsində yarımadada abşeron və ağcagil çöküntüləri üçün paleomaqnit zonalarının ayrılması və stratiqrafik bölgülərin müqayisəsinin aparılması məsələləri geniş öyrənilib.

Nəticə kimi qeyd olunub ki, təbii qalıq maqnitləşmənin və maqnit həssaslığının qiymətinin geniş miqyasda dəyişməsinin səbəbi onların tərkibindəki ferromaqnitlərin tərkibindən asılıdır. Korgöz, Qurd qapısı, Qaraquş kəsilişlərinin üst pliosen-pleystosen çöküntülərində təbii qalıq maqnitləşməsinin əyrilərinin xarakterinə görə, öyrənilən süxurlarda maqnitləşmənin daşıyıcılarını hidroksidli dəmir, maqnetit və hematitlə əlaqələndirmək olar.Aparılan kompleks tədqiqatları nəticəsində abşeron və ağcagilin sərhədində bir düz maqnitləşmə zonası da aşkarlanmışdır ki, alınan epizod pliosen-pleystosenin sərhədinin reperi hesab edilir və stratiqrafiyada mühüm əhəmiyyət kəsb edir.

Digər alınan nəticələrdən danışan gənc mütəxəssistədqiqatı ilə bağlıtövsiyələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]