Xəbərlər


İNSTİTUTUN İLK MAGİSTRİ DİSSERTASİYA İŞİNİ MÜDAFİƏ EDİB

 
12 iyun 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun ilk magistri dissertasiya işini müdafiə edib. 2015-2016-cı tədris ilində institutun magistraturasına qəbul olunmuş Səfiyə Əliyeva “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusunda aparmış olduğu tədqiqatlarının yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında açıq müdafiəyə təqdim edib. İclas İxtisaslaşmış Şuranın sədr müavini, GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev sədrliyi ilə baş tutub. İclasda şuranın elmi katibi, geologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Lətifova, üzvləri akademik Fəxrəddin Qədirov, akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

S.Əliyeva AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin elmi rəhbəri olduğu magistrlik dissertasiyasını müvəfəqiyyətlə müdafiə edib.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]