Xəbərlər


İNSTİTUTUN ALİMİ “İLİN ALİMİ” MÜKAFATI İLƏ TƏLTİF EDİLİB

 
7 iyun 2017-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Haqverdi Haqverdiyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” ali media mükafatına layiq görülüb.

O, həmçinin ölkədə geologiya-mineralogiya elmlərinin inkişafı üçün göstərdiyi xidmətlərinə görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” diplomu və qızıl medalı ilə təltif olunub.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi





Əlaqə:
(012) 497 44 81
[email protected]