Xəbərlər


AKADEMİK HƏTƏM QULİYEV KİYEVDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

 
23 may 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri akademik Hətəm Quliyev T.Şevçenko adına Kiyev Milli Universitetində keçirilmiş “Geoinformatika-2017: Nəzəri və tətbiqi aspektlər” XV Beynəlxalq konfransda iştirak edib. Üç günlük konfransın təşkilatçılarından olan akademik iştirakçılarını salamlayıb. Açılış tədbirində “Yerin daxili bərk nüvəsi haqqında” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. Məruzə Azərbaycan aliminin son illər ərzində Yerin daxili strukturu və onun dinamik təkamülü haqqında aldığı yeni elmi nəticələrə həsr olunub. Alimin irəli sürdüyü geomexanika nəzəriyyəsi əsasında göstərilib ki, Yerin daxili struktur parametrləri geologiya və geofizika elmlərində hal-hazırda qəbul olunmuş elmi mövqelərdən ciddi fərqlənir. Belə ki, Yerin daxili bərk nüvəsinin elastikiyyət parametrləri bərk cism mexanikasının tələblərinə uyğun olmadığı isbat edilib və beləliklə bu strukturun varlığı şübhə altına alınıb. Məruzə böyük maraq doğurub, alınmış nəticələrin geologiya və geofizika istqamətlərində mühüm elmi nəticə olduğu qeyd olunub. 16 may tarixində "Nanotexnologiya və neft hasilatının intensivləşdirilməsi problemi" (həmmüəlliflər: Əfəndiyev Q.M., Strekov A.S., Musayev A.F., Axmetov D.A.) mövzusunda poster təqdimatı etmişdir. Məruzələr böyük marağa səbəb olmuş və mütəxəssislər tərəfindən dəstəklənmişdir. Məruzələrin hər birinin qısa məzmunu 5 səhifə həcmində konfransın materiallarında çap olunmuş və internetdə yerləşdirilmişdir.

Konfransda Rusiya, Norveç, Niderlandiya, Avstriyan, Türkiyə, Ukrayna, Qazaxstan və bir sıra digər ölkələrin alimləri iştirak edib və geoinformatikanın müxtəlif sahələri üzrə elmi məruzələr dinlənilib.

Konfransın gedişatında akademik H.Quliyev EAGE-nin vitse prezidenti professor Jan Jak Bito, Geoinformatika Ümumukrayna Assosiyasiyasının prezidenti, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü N.A. Yakimçuk, Taras Şevçenko adına Kiyev Miili Universitetin Geologiya İnstitutunun dekanı, professor V.A. Mixaylov və İnstitutun Geofizika kafedrasının müdiri prof. S.A. Vıjva, İnstitutun Funksional materialların fizikası kafedrasının laboratoriya müdiri f.r.e.n. A.P. Onanko, Taras Şevçenko adına Kiyev Miili Universitetin "Horizont 2020" Proqramın eksperti geologiya-meneralogiya elmləri namizədi O.İ. Menşov və Avstriyadan Heinemann Oil GmBh (HOL) kompaniyasının geofiziki PhD K. Voxlmutterla geologiyanın və geofizikanın qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]