Xəbərlər


CARİ İLDƏ GƏNC ALİMLƏRİN İLK ELMİ SEMİNARI KEÇİRİLİB

 
18 may 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi seminarları cari ildə də fəaliyyətini davam etdirir. Bu ilin ilk seminarına rəhbərlik edən GAMŞ-ın sədri, geologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov qeyd edib ki, ənənəvi keçirilən seminarların 2017-ci ilə dair iş planı qurumun rəhbərliyi tərəfindən təsdiqlənib. İş planına əsasən, gənc alim və mütəxəssislər il ərzində 10 məruzəni müzakirə edəcəklər.

İnstitutun gənc alim və mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda Geoekologiya şöbəsinin böyük laborantı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs magistri Lalə Məmmədova məruzə ilə çıxış edib. Gənc mütəxəssisin mövzusu "Cənubi Xəzər hövzəsində karbohidrogenlərin paylanma xüsusiyyətləri (Şimali Abşeron qalxımları timsalında)" mövzusunda” mövzusu ilə əlaqədar olub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

Gənc alimlərin elmi seminarlarının təşkilində məqsəd magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsidir.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]