Xəbərlər


İNSTİTUTUN ƏMƏKDAŞI “İLİN ALİMİ” MÜKAFATI İLƏ TƏLTİF EDİLİB

 
12 aprel 2017-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” ali media mükafatına layiq görülüb.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]